SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Kəndin körpüsü həyat üçün təhlükə mənbəyinə çevrilib

Kəndin körpüsü həyat üçün təhlükə mənbəyinə çevrilib

Quba

Qubanın Amsar kəndində piyada körpüsü sakinlərin həyatı üçün təhlükə mənbəyinə çevrilib.

Yurd.Media xəbər verir ki,  avtomobil yolunun uzaq olmasına görə, kənd əhalisi bu körpüdən istifadə edir.  Uzun illərdir istismarda olan və  təmir olunmayan körpü isə tamamilə yararsız vəziyyətə düşüb.

"AZTV Xəbər"-ə danışan sakinlərin bildirirlər ki, dəfələrlə körpüdən yıxılaraq xəsarət alanlar olub.

Xüsusən körpüdən hər gün istifadə edən məktəblilər üçün təhlükə daha böyük hesab olunur.

Amsar Bələdiyyəsinin sədri Aynur Əliməmmədova körpünün yenidən qurulması üçün materialların hazır olduğunu  və tezliklə təmir işlərinin aparılacağını bildirib:

"Yaxın günlərdə körpü tam təmir olunacaq. Yəni uşaqlarımızın, böyüklərimizin  körpüdən rahat şəkildə istifadəsi üçün lazımi işləri görəcəyik".

Prime Leasing