SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
İmtahanda tədris proqramından kənar suallar verilir? - AÇIQLAMA

İmtahanda tədris proqramından kənar suallar verilir? - AÇIQLAMA

  • 11 iyun 2025, 21:12

“Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, verilişin budəfəki qonağı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə olub.

Məleykə Abbaszadə abituriyentlərin imtahan suallarının tədris proqramına uyğun olmaması ilə bağlı iddialarına münasibət bildirib:

“Tədris proqramı dedikdə mövcud dərsliklər və təsdiqlənmiş kurikulum nəzərdə tutulur. Bizim hazırladığımız imtahan sualları da məhz bu baza əsasında formalaşır. Heç bir sual tədris proqramından kənar verilmir”.

O, müəllimlərin təcrübəsinin artırılması, elmi və metodiki biliklərinin yenilənməsi üçün Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığın vacibliyini də vurğulayıb.

DİM sədri bildirib ki, elmi müzakirələr üçün həmişə açıq seminarlar təşkil olunur. Bu il də seminarların canlı formatda keçirilməsi üçün elan verilib və 165 nəfər qeydiyyatdan keçib:

“Bu, kifayət qədər yaxşı rəqəmdir və onların əksəriyyəti məktəb müəllimləridir. Amma özünü ekspert kimi təqdim edən şəxslərin çox az hissəsi həmin müzakirələrdə iştirak üçün qeydiyyatdan keçib. Buyursunlar, meydan buradadır, gəlib elmi müzakirələrdə iştirak etsinlər”.

Ətraflı süjetdə:

Prime Leasing