SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
İmişlidə 1000-ə yaxın abonentin qazı kəsiləcək

İmişlidə 1000-ə yaxın abonentin qazı kəsiləcək

  • 18 sentyabr 2025, 15:46
İmişli

Sabah İmişli rayonunun dörd kəndində qaz təchizatı dayandırılacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, diametri 200 mm-lik "Qaraqaşlı kənd" ortatəzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı aparılacaq.

Bu məqsədlə sentyabrın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Xoşçobanlı, Murğuzallı, Mürsəlli və Qaraqaşlı kəndlərində (ümumi 912 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Prime Leasing