Xəzər rayonu, Türkan qəsəbəsi sakinləri uzun illərdir su üzünə həsrət qaldıqlarını deyirlər.
Yurd.Media xəbər verir ki, Baku TV-yə danışan vətəndaşların sözlərinə görə suyu uzaq məsafədən daşımalı olurlar. Onlar suyun 1 tonunu 5 manata aldıqlarını bildirirlər.
Problemlə bağlı Xəzər rayon su idarəsinə müraciət edilsə də, sakinlərin bu şikayətləri cavabsız qalıb. Mövcud problemlə qurumdan bildirildi ki, Türkan qəsəbəsi 99-cu Türkan küçəsində içməli su təchizatı ilə bağlı Azərbaycan Dövlət Su Ehtihatları Agentliyinə müraciət olunub, həmçinin küçənin əsaslı təmiri və yenidən qurulması işlərinin aparılması ilə əlaqədar hazırlanmış təkliflərin dövlət investisiya proqramına əlavə edilməsi məqsədilə ötən il iyul ayınbda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanlanıb. Adı çəkilən qurumdan isə sözügedən ərazinin hələ ki, investisiya proqramına daxil edilmədiyi bildirildi.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun sözlərinə görə, ümumi mərkəzləşmiş içməli su şəbəkəsi mövcud deyil. Təchizat sisteminin qurulması üçün müəyyən layihə sənədləri hazırlanıb. Layihələrdə təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.