SÜJET

Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi
Hamiləlik dövründə boşanma prosesi yalnız qadının istəyi ilə gerçəkləşə bilər

Hamiləlik dövründə boşanma prosesi yalnız qadının istəyi ilə gerçəkləşə bilər

Azərbaycanda boşanmaların sayı artmaqda davam edir və maraqlıdır ki, əksər hallarda təşəbbüs qadınlardan gəlir. Əsas səbəblər kimi məişət problemləri və xarakter uyğunsuzluğu göstərilir. Xüsusilə hamilə qadınların boşanma zamanı aliment alıb-almaması geniş müzakirə mövzusuna çevrilib.

Yurd.Media xəbər verir ki, Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, kişi hamiləlik və uşaq doğulduqdan bir il ərzində arvadın razılığı olmadan boşanma tələb edə bilməz. Qadın isə istədiyi zaman məhkəməyə müraciət edə bilər. Hamiləlik dövrü üçün aliment nəzərdə tutulmasa da, qadın tibbi xərclərin ödənməsi üçün ərinə müraciət edə bilər.

Uşaq dünyaya gəldikdən sonra isə qadın 3 il müddətində həm uşağa, həm də özünə aliment tələb edə bilər. Hüquqşünas Ramin Süleymanovun sözlərinə görə, aliment sabit məbləğ və ya kişinin gəlirindən faiz şəklində ödənilə bilər. Minimum yaşayış məbləği əsasında 2025-ci ildə hər uşaq üçün 46 manat müəyyən olunub. Əgər kişinin gəliri yüksəkdirsə, 1 uşaq üçün gəlirin 1/4-i, 2 uşaq üçün 1/3-i, 3 və daha çox uşaq üçün isə yarısı aliment kimi tələb oluna bilər.

Psixoloq Gülnar Orucova isə xəbərdarlıq edir: “Hamilə qadının boşanması onun dünyaya gətirəcəyi körpədə psixoloji travmalar yarada bilər. Uşaq daha tez inciyən, narahat bir şəxsiyyətə çevrilə bilər”.

O, qadınlara hamiləlik dövründə boşanmanı bir qədər ertələməyi tövsiyə edir və bildirir ki, cütlüklərin evləndikdən 3-5 il sonra uşaq sahibi olması daha sağlam ailə mühiti formalaşdırır.