SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Gənclər üçün Milli-mənəvi dəyərlər” düşərgəsi - FOTOLAR

Gənclər üçün "Milli-mənəvi dəyərlər” düşərgəsi - FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Yay Fest 2025”in ilk tematik həftəsi “Milli-mənəvi dəyərlər” düşərgəsi uğurla yekunlaşıb.

Yurd.Media xəbər verir ki, ölkə gəncləri arasında milli şüurun gücləndirilməsi, vətəndaş məsuliyyətinin artırılması və dövlətçilik dəyərlərinin təbliği istiqamətində təşkil edilən builki festivalın ilk dürşərgəsində 250 gənc bir araya gəlib.

Düşərgə çərçivəsində iştirakçılar üçün dövlətçilik və milli suverenlik mövzularını özündə birləşdirən zəngin və məqsədyönlü proqram həyata keçirilib.

Avqustun 29-dək 2000-dən çox gəncin iştirakı ilə davam edəcək festival çərçivəsində “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalip Diplomatiya” mövzularında mərhələli şəkildə daha yeddi düşərgə keçiriləcək.

Qeyd edək ki, artıq beşinci ildir ki, təşkil edilən gənclər festivalı –“Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Prime Leasing