SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Gənclərin iş dünyasına daha hazırlıqlı daxil olması üçün YENİ LAYİHƏ

Gənclərin iş dünyasına daha hazırlıqlı daxil olması üçün YENİ LAYİHƏ

  • 12 may 2026, 16:52

Gənclərin iş dünyasına daha hazırlıqlı daxil olmasına, işəgötürənlərin isə ixtisaslı kadr tapmaq imkanlarının genişlənməsinə dəstək məqsədi ilə yeni layihə həyata keçirilir.

Yurd.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yeni “Peşəkar karyera” layihəsini universitetlərin nəzdindəki Karyera Mərkəzlərinə təqdim edilib.

Bununla əlaqədar qeyd edilən mərkəzlərin rəhbərləri ilə görüşdə Milli Observatoriyanın İdarə heyətinin sədri Elnur Səfərli “Peşəkar Karyera” layihəsi barədə məlumat verib.

Bildirib ki, layihə Milli Observatoriya ilə əməkdaşlıq memorandumu imzalamış 11 universitet üzrə tələbələrin yumşaq bacarıqlarının mövcud vəziyyətini əmək bazarının faktiki tələbi ilə müqayisə etməklə, onların inkişafı istiqamətində hədəflənmiş təlimlərin keçirilməsini nəzərdə tutur.

Layihənin universitetlərlə əmək bazarı arasında körpü yaratmağa xidmət edən strateji təşəbbüs olduğu vurğulanıb. Qeyd olunub ki, məqsəd gənclərin iş dünyasına daha hazırlıqlı daxil olmasına, işəgötürənlərin isə ixtisaslı kadr tapmaq imkanlarının genişlənməsinə dəstək göstərməkdir.

Nəticədə işçi qüvvəsi daha çevik və rəqabətqabiliyyətli olacaq, habelə sosial inklüzivlik daha da artacaq. Layihə təhsil və əmək bazarının real ehtiyaclarının uyğunlaşdırılmasına yönəlib.

Karyera Mərkəzlərinin rəhbərləri layihəni yüksək qiymətləndiriblər. Görüşdə “Peşəkar karyera” layihəsinə dair fikir mübadiləsi aparılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları