Dövlət Komitəsinin daha bir şöbəsinə yeni rəhbər gətirilib.
Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsində yeni kadr təyinatı olub.
Bu barədə qurumun sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elvin Mirəli oğlu Maqsudov Dövlət Statistika Komitəsinin Hüquq şöbəsinin müdiri təyin olunub.
O, indiyədək vəkil kimi fəaliyyət göstərirdi.
Qeyd edək ki, komitənin Hüquq şöbəsinin müdiri vəzifəsi uzun müddətdir boş idi.