Bakının Nəsimi rayonu, Qərib Babayev küçəsində sakinlər binada yaşamaqda davam etsələr də, evlərin sökülməsi artıq başlanıb.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, binadan 80-dən çox ailə köçürülüb. Hazırda cəmi iki ailə binada qalır.
Nəsimi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən ərazidə park salınması planlaşdırılır.
Kompensasiyanın məbləğindən narazı olan sakinlərlə isə gələn həftə danışıqların aparılması nəzərdə tutulur.
Ətraflı süjetdə: