SÜJET
Son zamanlar "əntiq" adı altında satışa çıxarılan əşyaların əl yandıran qiymətləri sosial şəbəkələrdə geniş müzakirə olunur.
Məsələn, tikiş maşınları 15 min manatdan başlayaraq 75 minə qədər alıcılara təklif olunur. Bu əşyaların baha qiymətə satılmasına səbəb tərkibində uran və ya "qırmızı civə" kimi qiymətli maddələrin olması göstərilir.
Yurd.Media Baku TV-yə istinadən məlumat verir ki, əntiqçi Eduard Şamaryayevin sözlərinə görə, bütün bunlar dələduzlar tərəfindən yayılan uydurmalardır:
"İlk söhbət "Singer" tikiş maşınları haqqında gedirdi. Özüm bir neçə "Singer" maşınını sökmüşəm. Deyilir ki, guya bunların içinə 1 kiloqrama yaxın platin yerləşdirilib. Bunların hamısı boş söhbətlərdir. Belə bir şey yoxdur".
Maraqlı məqamlardan biri isə sosial şəbəkələrdə 22 min manata satılan dekor balıq qablarının əsl dəyərinin, əslində, 30-40 manat civarında olmasıdır. Əntiq əşyaların qiymətləndirilməsi ciddi və peşəkar yanaşma tələb edir. Qiymətləndirmə xüsusi qayda və metodlar vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən aparılmalıdır.
Ətraflı süjetdə: