SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Suya borcu olanlara ŞAD XƏBƏR

Suya borcu olanlara ŞAD XƏBƏR

  • 09 may 2025, 12:53

Əgər su sərfiyyatı ilə bağlı borcunuzun birdəfəlik ödənilməsi maddi imkanınız çatmırsa, o zaman borcların hissəli ödənişinə də şərait yaradılır.

Yurd.Media xəbər verir ki, bu barədə ADSEA-nın mətbuat katibi Ceyhun Musayev açıqlama verib. Bildirilib ki, bu zaman abonent İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və abonent kodunu təqdim etməlidir:

"Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Protokola əsasən borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu təqdirdə su təchizatı dayandırılmır",-məlumatda bildirilib.