SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Kanalizasiya xəttini gündüz düzəldirlər, gecə çirkab axıdır - VİDEO

Kanalizasiya xəttini gündüz düzəldirlər, gecə çirkab axıdır - VİDEO

  • 30 oktyabr 2025, 13:19

Bakının Nərimanov rayonu, Montin qəsəbəsi, Şahin Mustafayev küçəsində daşan kanalizasiya xəttinə görə, bir aydır çirkab su problemi yaşanır.

Yurd.Media istinadən xəbər verir ki, üfunət iyindən ərazidən keçmək mümkün olmur. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara müraciət olunsa da, məsələ həllini tapmır:

“Gündüzlər qurumun əməkdaşları əraziyə gələrək problemi həll etsələr də, axşam yenə eyni vəziyyət təkrarlanır”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ünvanda kanalizasiya xəttində qəza baş verib. Şəbəkənin üzərində qanunsuz yaşayış evlərinin tikilməsi qəzanın qarşısının alınmasını qeyri-mümkün edib. Lakin qəzanın aradan qaldırılması məqsədilə hazırlanan layihəyə uyğun olaraq yeni xəttin tikintisi planlaşdırılıb. Yaxın günlərdə qazıntı işlərinin aparılmasına dair aidiyyəti razılıqlar alınmaqla xəttin tikintisinə başlanılacaq. Əlavə olaraq, tikinti işləri tamamlananadək lil sovuran maşın vasitəsilə gündəlik yığılmış çirkab suların xətdən təxliyə edilməsi təmin olunacaq.

Prime Leasing
SPE Annual Caspian