SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Fəaliyyətsiz deyilən su xətti partladı: Evləri su basdı - VİDEO

Fəaliyyətsiz deyilən su xətti partladı: Evləri su basdı - VİDEO

Bakı

Bakının Xətai rayonunda fəaliyyətsiz deyilən su xəttinin partlaması nəticəsində evləri su basıb.

Yurd.Media xəbər verir ki, problem Xətai rayonu, Birinci Əhmədli küçəsi, ev 18A ünvanında özünü göstərib.

Ev sahibi bildirib ki, axıntının yerini müəyyənləşdirmək üçün öz evinin döşəməsini dağıdaraq yeri qazmalı olub. Evə dəyən ziyan bir yana, su xəttinin təmirinin aparılması üçün etdiyi müraciətlərə də cavab ala bilmir.

Onun sözlərinə görə, partlayan yeri gecə növbəsi işin bir hissəsini gördükdən sonra gündüz növbəsinin gəlib işi davam etdirəcəyini deyib. Həmçinin ana xəttin qazılacağı və bu liniyanın ana xətdən kəsiləcəyi bildirilib. Lakin məsələni iki gün keçməsinə baxmayaraq, problem hələ də öz həllini tapmayıb. Daha sonra sakin su idarəsinə gedərək mühəndislə görüşüb, lakin mühəndis su xəttinin onlara aid olmadığını bildirib.

Mənzil sahibi Bayram Cəfərov deyir ki, mənzilin çıxarışı var və evi tikərkən ərazidən su xəttinin keçdiyindən xəbərdar olublar. Lakin onlara bildirilib ki, həmin xətt fəaliyyətsizdir.

Qonşuların sözlərinə görə, bu küçədə 10-a yaxın mənzil su xəttinin üzərində tikilib. Digər mənzillərdə də oxşar hadisələr baş verib, evləri dəfələrlə su basıb.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, qeyd olunan ünvandakı yaşayış evi içməli su xəttinin üzərində tikilib. Xətai rayon Su Kanal İdarəsi həmin xəttin ləğv edilərək yeni şəbəkə qurulması üçün tikinti-quruculuq işləri aparıb. İşlər tam yekunlaşdırıldıqdan sonra köhnə xəttin tamamilə ləğv edilməsi və yeni xəttin istifadəyə verilməsi təmin ediləcək. Hazırda ərazidə heç bir axıntı yoxdur — qəza briqadası axıntının qarşısını alıb.

Prime Leasing
SPE Annual Caspian