SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
SAB 2 gün sonra istehsal olunacaq dovğa satır - FOTOFAKT

"SAB" 2 gün sonra istehsal olunacaq dovğa satır - FOTOFAKT

  • 01 noyabr 2025, 13:58

"SAB" şirkəti 2 gün sonra istehsal olunacaq dovğanı bu gündən satır.

Yurd.Media xəbər verir ki, bununla bağlı fotofaktı jurnalist Mahir Məmmədli öz sosial meda hesabında paylaşıb.

Bu gün istehlakçıya təqdim olunan "SAB" şirkətinin "İrəvan Xan Dovğası" markası altında istehsal olunan məhsulun üzərində istehsal tarixi kimi 3 noyabr qeyd olunub.

Məhsulun son istifadə tarixi noyabrın 23 göstərilib.

Qeyd edək ki, məhsulun üzərinə gələcək tarixin yazılması məhsulun saxlama müddətinin süni şəkildə uzadılması, real istehsal prosesinin gizlədilməsi və istehlakçının aldadılması deməkdir. Bu tez xarab olan süd məhsulları üçün əhəmiyyətli risklər daşıyır.

Prime Leasing
SPE Annual Caspian