SÜJET
Bu gün səhər satlarında Bakının ictimai nəqliyyatında gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb.
Yurd.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, hazırda sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər.
"Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb. Səbəb QR generasiyasında texniki problemin yaranmasıdır", - AYNA bəyan edib
***
M10 elektron pulqabısı ilə ödənişdə problem yaranıb.
Yurd.Media Modern.az-a istinadən bildirir ki, səhər saatlarında tətbiqdə ictimai nəqliyyatda ödəniş etmək üçün QR-kod yaratmaq mümkün olmayıb.
Tətbiqdə ödəniş etmək istəyərkən "Xəta baş verdi" mesajı görünüb.
Problemin nədən qaynaqlandığı məlum deyil.