SÜJET
İsmayıllıda körpü uçub, rayonla əlaqə kəsilib.
İsmayıllı rayon Cülyan kəndində yerləşən körpü sel suları nəticəsində dağılaraq yararsız vəziyyətə düşüb.
Yurd.Media xəbər verir ki, hazırda 50-yə yaxın ailənin rayona gediş-gəlişi kəsilib.
"Xəzər TV"yə şikayət edən sakinlər bildiriblər ki, uşaqlar məktəbə gedə bilmirlər. Yaranmış vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət ediblər. Problemlə bağlı yaxın vaxtlarda tədbir görüləcəyi bildirilib.
Qeyd edilib ki, körpünün istifadəyə yararlı vəziyyətə gətirilməsi yaxın vaxtlarda mümkün olacaq.