SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Qurban bayramı Süni intellekt Böyük Qayıdış
Bu hallarda qazın xəbərdarlıq edilmədən kəsilməsi qadağan ediləcək

Bu hallarda qazın xəbərdarlıq edilmədən kəsilməsi qadağan ediləcək

  • 10 iyun 2025, 15:40

İstehlakçıya yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılmasının qadağan edildiyi hallar müəyyənləşir.

Yurd.Media Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Qüvvədə olan “Qaz təchizatı haqqında” Qanuna əsasən, qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

Qanuna təklif edilən dəyişikliyə əsasən, qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə, qaz satıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən istehlakçıya 3 (üç) gün əvvəl elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı xəbərdarlıq göndərilmədən qazın verilməsinin dayandırılması qadağan ediləcək.

Qazın verilməsinin dayandırılması barədə yazılı xəbərdarlığın istehlakçı tərəfindən rəsmi qaydada alınmasını sübut etmək vəzifəsini qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru daşıyacaq.

Prime Leasing