SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu gün bəzi qəsəbələrdə qaz OLMAYACAQ

Bu gün bəzi qəsəbələrdə qaz OLMAYACAQ

  • 13 may 2025, 09:35
Bakı

Bu gün Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsində qaz kəsiləcək.

Bu barədə Yurd.Media-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır. Bu məqsədlə 13.05.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.