SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu gün Bakı metrosu saat 02:00-a qədər işləyəcək

Bu gün Bakı metrosu saat 02:00-a qədər işləyəcək

  • 21 iyun 2025, 09:57

Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night" turniri ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdirilib.

Yurd.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumata görə, iyunun 21-dən 22-nə keçən gecə stansiyalarda iş saatları 2 saat uzadılacaq. Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 02:00-dək açıq saxlanılacaq.

Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zala daha yaxın yerləşən "Sahil" və "İçərişəhər" stansiyalarında ehtiyat tədbirləri görüləcək.

Prime Leasing