SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bölgələrdə kommunal xərclər yüksəkdir: Qazla yanaşı odun sobası da yandırırlar - VİDEO

Bölgələrdə kommunal xərclər yüksəkdir: Qazla yanaşı odun sobası da yandırırlar - VİDEO

  • 25 yanvar 2026, 20:47

Azərbaycanın müxtəlif bölgələrində yaşayan sakinlər kommunal xərclərin yüksək olmasından və bu ödənişləri qarşılamaqda çətinlik çəkdiklərindən şikayətlənirlər.
 
Sakinlərin bir qismi "İctimai TV"yə açıqlamalarında xərcləri azaltmaq məqsədilə qazla yanaşı odun sobasından da istifadə etdiklərini bildiriblər.

Onların sözlərinə görə, kənd yerlərində hava şəraiti şəhərlərlə müqayisədə daha sərt keçir. Bu səbəbdən qaz sərfiyyatı artaraq müəyyən edilmiş limiti aşır və nəticədə ödənişlərin məbləği ailə büdcəsi üçün ciddi problemə çevrilir. Belə hallarda ailə üzvləri bir otaqda toplaşaraq odun sobası vasitəsilə isinməyə məcbur qalırlar.

Bəzi sakinlər yaranmış vəziyyətdən çıxış yolunu iri şəhərlərə köçməkdə görürlər.

Məsələ Milli Məclisdə də müzakirə olunub. Deputatlar bildiriblər ki, bu cür hallar şəhərlərin həddindən artıq yüklənməsinə səbəb olur və problemin həlli üçün xüsusi dövlət proqramı hazırlanmalıdır.

Deputatların fikrincə, atılacaq addımların əsas istiqamətlərindən biri məhz kommunal xərclərin azaldılması olmalıdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları