SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Binəqədi rayonunda yaşıllıqlar baxımsız qalıb – Sakinlər narazıdırlar

Binəqədi rayonunda yaşıllıqlar baxımsız qalıb – Sakinlər narazıdırlar

Bakı

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Natəvan küçəsindəki yaşıllıq zolağında ağaclara qulluq olunmaması ciddi narazılıq yaradıb. Sakinlərin sözlərinə görə, ərazidəki ağacların çoxu quruyub, bir qismi isə güclü külək nəticəsində aşıb. Yaşıllığın baxımsız vəziyyətdə olması həm ekoloji, həm də təhlükəsizlik baxımından narahatlıq doğurur.

Yurd.Media sakinlər ATV Xəbərdə bildiriblər ki, bu ərazi həm uşaqlar, həm də böyüklər üçün istirahət məkanıdır. Yay aylarında kölgə salacaq ağacların olmaması insanların rahatlığına maneə olur. Onların sözlərinə görə, vəziyyətlə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, nəticə yoxdur.

Biləcəri bələdiyyəsindən verilən məlumata əsasən, ağacların quruması və aşması ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və Dövlət Ekoloji Ekspertiza Agentliyinə məlumat verilib, hətta ərazidən şəkillər və video çəkilişlər də təqdim olunub.

Lakin Dövlət Ekoloji Ekspertiza Agentliyi bildirib ki, Natəvan küçəsindəki yaşıllıq zolağında ağacların götürülməsi və quruması ilə bağlı onlara hər hansı rəsmi müraciət daxil olmayıb. Qurumdan qeyd edilib ki, müraciət daxil olduğu təqdirdə, ekspertlər əraziyə baxış keçirəcək və müvafiq rəy veriləcək.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə bildirilib ki, ərazidə yalnız külək nəticəsində aşan ağaclar götürülür. Qurumuş, lakin hələ aşmamış ağacların götürülməsi üçün isə Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyinə ehtiyac var. Bu rəy təqdim olunmadığından, ağacların kəsilməsi mümkün deyil.

Sakinlər aidiyyəti qurumları nə məsələni nəzarətə götürməyə çağırır və yaşıllıqların qorunması üçün təcili tədbirlər görülməsini tələb edirlər.