SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bəzi yolların hərəkət sxemi dəyişdirilir

Bəzi yolların hərəkət sxemi dəyişdirilir

  • 29 avqust 2025, 18:34
Bakı

Bu gün saat 19:00-dan dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində Masazır-Novxanı və Saray-Novxanı avtomobil yollarının kəsişməsində (Masazır gölünün yanı) aparılan tikinti işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Prime Leasing
SPE Annual Caspian