SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Bakının mərkəzində üç bina söküldü - Yeni park salınır

Bakının mərkəzində üç bina söküldü - Yeni park salınır

  • 30 may 2025, 00:09
Bakı

Keçmiş "Sovetski" kimi tanınan ərazidə söküntü işləri aparılır.

Yurd.Media "Trend"ə istinadən xəbər verir ki, köçürülən sakinlərlə razılıq əldə edilərək onlara qanunamüvafiq kompensasiyalar ödənilib.

Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrini əhatə edir.

Bu proses Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.

Qeyd edək ki, ərazidə artıq 3 yaşayış binası sökülüb yerində isə park salınması gözlənilir.

Prime Leasing