SÜJET
Binəqədi rayonunun bəzi ərazilərində qaz kəsiləcək.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu ərazisində görüləcək təmir işləri ilə əlaqədar 30.07.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi şosesinin, M.Ə.Rəsulzadə qəsəbəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin bir hissəsinin, Baksol yaşayış massivinin, 1-ci, 2-ci və 3-cü Mədən ərazilərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.