Mütəxəssislər yay mövsümünə qədər formada qalmağın yollarını açıqladı.
Yurd.Media xəbər verir ki, kosmetik vasitə brendinin baş texniki mütəxəssisi Katerina Lebedeva “Gazeta.Ru”ya verdiyi müsahibədə ilk növbədə qida rasionundan karbohidratların çıxarılmalı, təzə tərəvəz və meyvələrə üstünlük verilməli olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, fiziki aktivlik də vacib rol oynayır. Xüsusilə açıq havada edilən məşqlər maddələr mübadiləsini sürətləndirir və yağların yanmasını daha effektiv edir.
“Yuxu rejimini də unutmaq olmaz. Bu, orqanizmin bərpasında mühüm rol oynayır. Gündə ən az 7-8 saat yatmaq tövsiyə olunur. Belə bir rejim ümumi əhval-ruhiyyəni və enerji səviyyəsini artıracaq”, - deyə Lebedeva əlavə edib.
Qeyd edək ki, daha əvvəl tibb elmləri namizədi, psixoterapevt və narkoloq Marat Saraev “Radio 1”ə verdiyi açıqlamada enerji bərpası üçün acqarına qəhvə içməyin zərərli olduğunu vurğulamışdı.