Bir çox insanlar xolesterol səviyyəsini azaltmaq üçün yağlı qidalardan imtina edərək böyük bir səhvə yol verirlər.
Yurd.Media xəbər verir ki, həkimlər səhər yeməyində südlə hazırlanan "tez" yulaf sıyığı və ya meyvəli yoqurtla hazırlanmış guya "faydalı" musli yeməklərin nəticəsində yüksək xolesterol yarandığını müşahidə ediblər.
Problem, insanlar şirin və yüksək karbohidratlı səhər yeməklərini kənarlaşdırıb, süfrəyə yağlar (yumurta, bir qədər 82,5% kərə yağı) qaytardıqda və qida liflərini artırdıqda həll olunurdu:
"Analizlər yaxşılaşmağa başlayırdı. Çox vaxt xolesterolu azaltmaq üçün tərtib edilən pəhrizlər səhv olaraq yağların miqdarının kəskin azaldılmasını nəzərdə tutur," - deyə həkimlər təəssüflə bildirib.
Onlar izah edir ki, yağlardan imtina etməklə öd axınının stimulyatoru bloklanır. Məhz "öd ilə xolesterol qaraciyəri tərk edərək bağırsaq vasitəsilə orqanizmdən xaric olunur," deyə mütəxəssis xatırladıb.
Mütəxəssislə razılaşdırılmamış pəhrizlər nəticəsində xolesterol azalmaq əvəzinə yalnız artır və damarları tıxayır.