TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qripdən ən gözəl müdafiə üsulundan danışıb.
Yurd.Media xəbər verir ki, o Azərbaycanda hazırda qrip virusunun yayılmasında artım müşahidə olunduğunu bildirib.
Vüqar Qurbanovun sözlərinə görə, qrip virusu ştammı daim dəyişir:
"Qripdən ən gözəl müdafiə üsulu peyvənd olunmaqdır. Hazırda TƏBİB tabeli tibb müəssisələrində qriplə əlaqəli müraciətlər çoxdur. Amma onu da xüsusi vurğulamaq lazımdır ki, xəstəxanalarımızda bu günə qədər qrip səbəbindən səhhəti ağırlaşan pasiyent olmayıb".