Müasir dövrdə gənclər və uşaqlar yatmazdan əvvəl qulaqcıq taxaraq telefon və ya planşetdən istifadə edərək yuxuya gedir. Əksər hallarda qulaqcığın çıxarılması unudulur.
Yurd.Media xəbər verir ki, tibb mütəxəssisləri qulaqcıqla yatmağın 3 ciddi fəsadını izah edib.
Nekroz - əgər qulaqcıqla səhərədək yatmısınızsa, bu müddət ərzində həmin nahiyədə qan dövranı pozulur ki, bu da nekroza, yəni toxumanın məhvinə gətirib çıxara bilər.
Qulaq kiri və tıxacın yaranması - Qulaq kiri adlanan maddə eşitmə orqanını xarici təsirlərdən qorumaq məqsədilə ifraz olunur. Uzun müddət, xüsusilə gecə saatlarında qulaqcıq taxmaq bu maddənin həddindən artıq ifrazına səbəb olur, qulaq kanalında tıxac formalaşır və nəticədə eşitmə qabiliyyəti zəifləyir.
Boğulma təhlükəsi - əgər naqilli qulaqcıqdan istifadə edirsinizsə, yuxu zamanı naqilin boğaza dolanaraq boğulma riski mövcuddur.
Gecə yatmazdan öncə qulaqcıqla ritmli, ağır və güclü musiqilərə qulaq asmaq ürək döyüntüsünü sürətləndirir, beyni stimullaşdırır və insanı daha çox yorur.