SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Dolmanın xərçəng riski ilə əlaqəsi müəyyən edilib

Dolmanın xərçəng riski ilə əlaqəsi müəyyən edilib

  • 15 iyul 2026, 23:48

Xərçəngə səbəb olan ərzaq məhsulları barədə dəfələrlə məlumat verilsə də, bu məhsulların siyahısı gündən-günə daha da böyüyür. Yeni aparılmış tədqiqatlar nəticəsində yarpaq dolması hazırlamaq məqsədilə istifadə edilən duzlanmış üzüm yarpağı da həmin siyahıya əlavə olunub.

Yurd.Media xəbər verir ki, duzlanmış üzüm yarpağının tərkibində olduqca yüksək həcmdə nitrat maddəsi mövcuddur. Bu qidalar qəbul edildikdə orqanizmdə xərçəng törədən nitrozaminlərə çevrilir və DNT-yə zərər vurur.

Tədqiqatın nəticələrinə əsasən, gündəlik qidalanma rejimində duzlanmış yarpaq dolmasına tez-tez yer verən şəxslərdə mədə xərçənginin yaranma ehtimalı başqalarına nisbətən dəfələrlə yüksəkdir.

Mədə xərçənginə gətirib çıxaran digər ərzaq növləri sırasına şorabalar da daxildir. Xüsusilə şərq, eləcə də milli mətbəximizdə geniş yayılmış marinə olunmuş meyvə və tərəvəzlər də mədə xərçənginin formalaşmasına zəmin yaradır.

Təhlükə ehtimalını minimuma endirmək üçün bu tip qidaları ev şəraitində, duz miqdarını nəzarətdə saxlayaraq hazırlamaq daha düzgün yanaşma hesab olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları