SÜJET
Prezident İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə keçirilən görüşdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
TƏBİB-dən Yurd.Media-ya verilən məlumata görə, müayinə, müalicə, işlə təminolunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.