SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Alimlər piylənmənin səbəbinin hüceyrə fəaliyyətindəki pozğunluq olduğunu müəyyən ediblər

Alimlər piylənmənin səbəbinin hüceyrə fəaliyyətindəki pozğunluq olduğunu müəyyən ediblər

Metabolik sindrom, dünya üzrə təxminən bir milyard insanı əhatə edir, sağlamlıq üçün ciddi təhlükə təşkil edir. Bu sindrom piylənmə, hipertoniya, qanda şəkər və xolesterin səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunur ki, bu da ürək-damar xəstəlikləri, ikinci tip diabet riskini əhəmiyyətli dərəcədə artırır.

Yurd.Media xəbər verir ki, bu barədə Rusiya Elm və Təhsil Nazirliyindən "Qazeta.Ru"ya bildirilib ki, prosesin əsas səbəbi hüceyrə səviyyəsində enerji mübadiləsinin pozulmasıdır. Hüceyrələrin "enerji stansiyaları" kimi tanınan mitoxondrilər, vasitəçi zülalların dağılması səbəbindən funksiyalarını itirirlər ki, bu da yağ turşularının toplanmasına və insulin müqavimətinə gətirib çıxarır.

"Mitoxondrilər və lipid damcıları arasında əlaqəni təmin edən zülallar terapiya üçün yeni hədəflər ola bilər. Bu, xəstəliyin nəticələrinə deyil, səbəbinə təsir etməyə imkan verəcək", -  İmmunologiya və Hüceyrə Biotexnologiyaları Mərkəzinin baş elmi işçisi Natalya Todosenko deyib. 

Prime Leasing