Cari ilin son 8 ayında (yanvar-avqust) əlilliyi olan şəxslərə 94 min reabilitasiya vasitəsi verilib. Reabilitasiya vasitəsiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən paylanılıb.
Yurd.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, onlardan 5,6 mini təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətraf protezi, 4,5 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 7,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 388 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Cari ilin 8 ayında əlilliyi olan 10,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.