SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış
Süni qidalalar körpələrdə bu xəstəliklərə səbəb olur - HƏKİM AÇIQLADI

Süni qidalalar körpələrdə bu xəstəliklərə səbəb olur - HƏKİM AÇIQLADI

Uşaqların süni qidalarla bəslənməsi onların sağlamlığına mənfi təsir göstərir.

Yurd.Media xəbər verir ki, bu barədə həkim-pediatr Əkbər Quliyev peşəkar konfransda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, süni qida qəbul edən körpələrdə allergiya, atopik dermatit və ekzema kimi dəri xəstəliklərinə daha tez-tez rast gəlinir. Həkim qeyd edib ki, bu tip körpələrdə immun sisteminin zəif inkişaf etməsi müxtəlif infeksiyalara qarşı müqavimətin azalmasına səbəb olur. O əlavə edib ki, süd əvəzedici məhsulların qeyri-etik marketinqi valideynlərin yanlış seçim etməsinə gətirib çıxarır ki, bu da ana südü ilə qidalanmanın azalmasına səbəb olur.

Əkbər Quliyev bildirib ki, ana südü ilə qidalanma körpənin sağlam inkişafı üçün ən effektiv üsullardan biridir. Ana südü körpənin orqanizminə insan immunoqlobulinləri və anticisimlər ötürür ki, bu maddələr uşağın immunitet sisteminin formalaşmasında mühüm rol oynayır. Nəticədə, ana südü uşaqları müxtəlif infeksiyalardan qoruyur və sağlam böyüməyə şərait yaradır.

Araşdırmalar göstərir ki, ana südü ilə qidalanan uşaqların intellekt səviyyəsi daha yüksək olur, onlar artıq çəki və piylənməyə daha az meyilli olurlar. Gələcəkdə şəkərli diabetə tutulma riskləri də azalır.

Həmçinin, südvermə analarda döş və yumurtalıq xərçəngi riskini azaldır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə baxmayaraq, 6 aylığa qədər olan körpələrin yarıdan azı yalnız ana südü ilə qidalanır. Halbuki ana südü körpələr üçün ideal qida hesab olunur və həyatın ilk aylarında onların bütün enerji və qida maddələri ehtiyacını tam qarşılayır. Həmçinin, həyatın ikinci yarısında və ikinci ilində də körpənin qida ehtiyacının əhəmiyyətli hissəsini təmin edir.