SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Süni intellekt 162 mindən çox yeni virus növü tapdı

Süni intellekt 162 mindən çox yeni virus növü tapdı

  • 06 oktyabr 2026, 22:47

Avstraliya və Çin tədqiqatçılarının ortaq elmi layihəsi çərçivəsində süni intellekt texnologiyasının köməyi ilə təqribən 162 min yeni virus növü müəyyənləşdirilib.

Yurd,Media xəbər verir ki, Sidney Universitetinin rəsmi internet səhifəsində yayımlanan məlumata əsasən, Sidney Universiteti və Çin Milli Təbiət Elmləri Fondu ilə yanaşı, bir sıra digər elmi qurumların mütəxəssisləri süni intellekt texnologiyalarından istifadə edərək genetik materialı RNT (ribonuklein turşusu) olan 161 min 979 yeni virus növünü aşkarlayıblar.

Tədqiqat zamanı dərin öyrənmə alqoritminin hazırlandığı bu işdə alimlər virusları müəyyən etmək məqsədilə 47 min 250 nukleotidə qədər uzunluğa malik virus genomları kimi genetik ardıcıllıq datalarını emal etmək üçün "LucaProt" adlanan dərin öyrənmə alqoritmi işləyib hazırlayıblar.

Araşdırmaçılar kəşf edilən virusların böyük əksəriyyətinə aid məlumatların artıq mövcud verilənlər bazalarında yer aldığını, lakin bu informasiyanın süni intellekt texnologiyasından yararlanaraq sistemləşdirildiyini və müvafiq kateqoriyalara ayrıldığını qeyd ediblər.

Skat.az - Ev və Avtomobil elanları