SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
TƏBİB “Avromeddən 37 milyon manatlıq şəkər dərmanı alacaq

TƏBİB “Avromed"dən 37 milyon manatlıq şəkər dərmanı alacaq

  • 06 oktyabr 2026, 21:18

Şəkər xəstələri üçün dövlət tibb müəssisələrinə dərmanları təmin edəcək şirkət müəyyənləşib. 

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzi “Avromed Company” şirkəti ilə müqavilə bağlayıb.

Belə ki, şəkərli diabet xəstəliyi üzrə tədbirlərilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınması nəzərdə tutulub.

Bağlanmış müqavilənin maliyyə dəyəri 37 milyon manat olaraq müəyyənləşib.

Skat.az - Ev və Avtomobil elanları