SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Şirniyyat həvəsini azaltmağın sadə və təsirli yolları

Şirniyyat həvəsini azaltmağın sadə və təsirli yolları

  • 05 oktyabr 2026, 08:29

Artıq çəki yığılmasına təsir edən əsas amillərdən biri məhz şirniyyatdır.

Yurd.Media xəbər verir ki, bir çox insanlar gün boyu şirniyyat yeməkdən imtina edə bilmirlər. Bu vəziyyət bəzən müəyyən bir sağlamlıq problemi ilə bağlı ola bilər. Buna görə də şirniyyata olan həvəsin hansı səbəbdən qaynaqlandığını müəyyənləşdirmək üçün ilk növbədə mütəxəssisə müraciət etməniz tövsiyə olunur.

Əks təqdirdə, şirin yemək istəyi yarandıqda onu kalorisi daha az olan məhsullarla əvəz etməyə çalışın. Qida rasinonuza qara düyü, bulqur, kəpəkli makaron, yulaf və qurudulmuş meyvələr əlavə edin. Bu məhsullar uzun müddət toxluq hissi verəcək.

Əgər şirniyyata olan istəyiniz güclüdürsə, yağ faizi aşağı olan yoqurtdan istifadə edin.

Şokolad arzunuzu isə acı şokoladla qarşılamaq mümkündür.

Skat.az - Ev və Avtomobil elanları