SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Süni enerji, pozulan sinirlər: həkimlərdən XƏBƏRDARLIQ

Süni enerji, pozulan sinirlər: həkimlərdən XƏBƏRDARLIQ

  • 27 iyun 2026, 16:33

Enerji içkilərinin uzunmüddətli istifadəsi sinir sistemində ciddi pozuntular yarada, psixoloji asılılıq və yuxu problemlərinə səbəb ola bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu içkilər qısa müddətli gümrahlıq hissi yaratsa da, orqanizmin təbii enerji balansını pozur.

Yurd.Media xəbər verir ki, mütəxəssislərin fikrincə enerji içkiləri sinir sistemi ilə birbaşa əlaqəlidir və onların tərkibindəki yüksək kofein və şəkər sinir hüceyrələrinin normal fəaliyyətini zəiflədir. Nəticədə orqanizm süni stimullaşdırmaya alışır və daimi enerji tələbatı formalaşır.

Həkimlər bildirirlər ki, enerji içkilərinin müntəzəm qəbulu kofein asılılığı və psixoloji gərginliyə gətirib çıxarır. İnsan özünü daim halsız, əsəbi və diqqətsiz hiss edir. Bu hal xüsusilə gənclər arasında daha sürətlə inkişaf edir.

Qeyd olunur ki, enerji içkiləri beyin fəaliyyətində yüklənmə yaradır, diqqət dağınıqlığı və yuxu pozuntularına səbəb olur. Mütəxəssislərin sözlərinə görə, enerji içkiləri ilə yuxusuzluq arasında birbaşa əlaqə mövcuddur və bu da gündəlik fəaliyyətə mənfi təsir göstərir.

Həkimlər vurğulayırlar ki, sinir sisteminin zədələnməsi yalnız psixoloji problemlərlə məhdudlaşmır. Bu proses eyni zamanda ürək-damar sağlamlığına və orqanizmin özünü bərpa etmə mexanizmlərinə də mənfi təsir edir. Enerji içkilərinin yaratdığı ən təhlükəli fəsadlardan biri psixoloji asılılıqdır.

Mütəxəssislər çıxış yolu kimi sağlam həyat tərzinə üstünlük verilməsini tövsiyə edirlər. Təbii enerji mənbələri, balanslı qidalanma, kifayət qədər yuxu və sağlam içkilər orqanizmin enerji balansını süni vasitələr olmadan qorumağa kömək edir.

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları