Siyəzən Rayon Mərkəzi Xəstəxanasında yanğın qaydalarının pozuntusu faktı aşkar olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti Şimal regional İdarəsi tərəfindən xəstəxanada yoxlama aparılıb.
Yoxlama zamanı xəstəxananın yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı aşkarlanıb.
Yoxlamanın nəticəsi olaraq İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Siyəzən Rayon Mərkəzi Xəstəxanası PHŞ İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib və 350 manat məbləğində cərimə edilib.