SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Şirvanda möcüzəvi XİLAS: Bir neçə dəfə ürəyi dayansada həkimlər həyata qaytardı

Şirvanda möcüzəvi XİLAS: Bir neçə dəfə ürəyi dayansada həkimlər həyata qaytardı

  • 14 dekabr 2025, 12:29
Şirvan

Şirvanda qırx beş dəqiqə davam edən ürəyin qapalı masajı və intensiv reanimasiya tədbirləri nəticəsində bir ana həyata qaytarılıb.

Yurd.Media xəbər verir ki, qadının həyatının xilas edilməsi həkimlərin operativ və peşəkar müdaxiləsi sayəsində mümkün olub.

Bir neçə dəfə ürəyin dayanması qeydə alınıb, lakin reanimasiya briqadasının səyi nəticəsində xəstə yenidən həyata dönə bilib.

Əməliyyat olunan Sevinc Əliyeva yaşadıqlarını belə xatırlayır: “Öd kisəmdə daş var idi, əməliyyat üçün xəstəxanaya getdim. Əməliyyat olundum və beş gün xəstəxanada qaldım. Evə buraxılacağım gün vəziyyətim qəfil ağırlaşdı, ondan sonrasını xatırlamıram. Ayıldıqdan sonra bildim ki, həkimlər iki dəfə məni ölümdən xilas ediblər. İlk dəfə 45 dəqiqə ürək masajı və lazımi tibbi yardım göstərilib, ikinci dəfə isə ürəyim yenidən dayanıb və 15 dəqiqə ürək masajı aparılıb. Jalə həkim, Elçin həkim və bütün tibb işçilərinə minnətdaram. Göydə Allah, yerdə isə həkimlərin sayəsində bu gün həyatdayam və övladlarımla, ailəmlə birlikdəyəm”.

Xəstənin anası Zivər Məmmədova da övladının sağ-salamat ailəsinin yanına dönməsini sevinc dolu hisslərlə danışır: “Övladımızı xəstəxanaya apardıq, əməliyyat olundu və səhhəti normallaşmışdı. Sevincin vəziyyətinin ağırlaşdığı anlarda bizim məlumatımız olmayıb. Həmin vaxt həkimlər onun yanında olub, dərhal müdaxilə edərək həyatını xilas ediblər. Göydə Allah, yerdə isə həkimlərin sayəsində bu gün övladımız sağ-salamatdır, bütün tibb kollektivinə təşəkkür edirəm”.

Prime Leasing
SPE Annual Caspian