Oksford Universitetinin alimləri şəkərli diabetin insan orqanizminin daha erkən yaşlanmasına və bu xəstələrin həmyaşıdlarından 9 il daha az yaşamasına gətirib çıxardığını aşkarlayıblar.
Yurd.media xəbər verir ki, tibb elmləri namizədi, qastroenteroloq, hepatoloq Sergey Vyalovun özünün Telegram kanalında şəkər və insulinin yüksəlməsinin insan orqanizminə təsiri haqqında bir yanlış fikrin mövcud olduğunu bildirib.
"Bəzən deyirlər ki, insulinin yüksəlməsi ziyandır. Lakin hər bir qida qəbul edərkən bu hormonun qalxması normaldır," - qastroenteroloq bildirib.
S.Vyalov qeyd edib ki, təhlükəli olan onun artması yox, hormonun nə qədər müddət yüksək qalmasıdır: "Hormonlar məhz belə işləməlidir. Hər yeməkdən sonra qanda şəkər miqdarı artır və bu şəkəri aşağı salmaq üçün insulin ifraz olunur”.
Həkimin sözlərinə görə, insulinin uzun müddət yüksək olması onun işləmə sürətinin və effektivliyinin zədələndiyini göstərir. Bu isə şəkərli diabet kimi təhlükəli xəstəliyə yol açır.
Qeyd edək ki, dünyada 830 milyon şəkər xəstəsi var. Azərbaycanda 2023-cü ilin məlumatına görə, 300 min insan bu xəstəlikdən əziyyət çəkir.