SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Sağlamlıq üçün risk: Minlərlə ton korlanmış ət - VİDEO

Sağlamlıq üçün risk: Minlərlə ton korlanmış ət - VİDEO

  • 06 iyul 2026, 18:56
Masallı

Nəzarət tədbirləri zamanı qida təhlükəsizliyi baxımından ciddi risk yaradan böyük həcmdə ət məhsulu dövriyyədən çıxarılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Masallı rayonunun Kürdəbaz kəndində 3050 kq korlanma əlamətləri müşahidə edilən ət aşkar olunub.

Bildirilib ki, məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib.

"Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir", - məlumatda qeyd olunub.

Sağlamlıq üçün risk: Minlərlə ton korlanmış ət - VİDEO

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları