"Bir qəhvənin qırx il xatiri var" sözü, yalnız bir deyim deyil. Türk cəmiyyətinin qəhvə ilə qurduğu güclü bağın da simvoludur. Tarix boyu söhbətin ən böyük yoldaşı olan qəhvə, ətri və xüsusi bişirmə texnikası ilə mədəniyyətimizdə ayrı bir yerə sahibdir. Digər tərəfdən qəhvənin hekayəsi təkcə zövqlə məhdudlaşmır.
Yurd.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, müntəzəm qəhvə istehlakının sağlamlığa bir çox faydası olduğu bildirilir. 16-cı əsrdə Osmanlı sarayına girən qəhvə, qısa müddətdə xalq arasında vazkeçilməz bir içki halına gəldi. Zamanla dost söhbətlərinin, qonaq qəbulunun və hətta ənənəvi mərasimlərin ayrılmaz bir hissəsi oldu. Bu gün isə UNESCO tərəfindən "Qeyri-Maddi Mədəni İrs" siyahısına daxil edilərək dünya miqyasında da təsdiqləndi. Qəhvə yalnız zövqlü bir içki deyil; sağlamlığa da saysız fayda təqdim edir. Tərkibində yer alan kafein və antioksidantlar, beyin funksiyalarını dəstəkləyərək enerji verir, diqqəti artırır və yorğunluğu azaldır. QƏHVƏNİN ÖNƏ ÇIXAN FAYDALARI: · Zehni açır, enerjini yüksəldir. · Parkinson, Alzheimer və depressiya riskini azalda bilər. · Həzm sistemini işlədir, metabolizmi sürətləndirir və yağ yanmasına kömək edir. · Ürək və qaraciyər sağlamlığını qoruyur. · Antioksidant təsiri ilə dəri və saç sağlamlığını dəstəkləyir, yaşlanmanı gecikdirir. Günümüzdə qəhvə, yalnız bir içki deyil, sosial həyatın, mədəniyyətin və sağlam yaşamın bir parçasıdır. Gündə bir fincan qəhvə ilə həm ənənəvi bir vərdişi davam etdirmək, həm də bədən sağlamlığına dəstək olmaq mümkündür.