SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
6 saatdan çox oturan hər kəsin NƏZƏRİNƏ

6 saatdan çox oturan hər kəsin NƏZƏRİNƏ

Mütəxəssislər, uzun müddətli oturmanın xüsusilə sükan arxasında keçirilən saatlarda ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini açıqladılar.

Nəqliyyat vasitəsini idarə edərkən hərəkətsiz qalmağın, bel və kürək nahiyəsində ağrılara, əzələ yorğunluğuna və onurğa gərginliklərinə səbəb olduğu ortaya çıxdı. Eyni riskin evdə və ya ofisdə uzun müddət masa arxasında oturan şəxslər üçün də keçərli olduğu, 6 saatdan çox oturmanın bədənə ciddi zərərlər verə biləcəyi vurğulandı.

Yurd.Media xəbər verir ki, mütəxəssislərə görə sürücülər üçün ilk addım oturacaq tənzimləməsini düzgün etməkdir. Kürəyin oturacağa tam oturması, dizlərin çanaqdan bir az aşağıda olması lazımdır. Beləliklə onurğa üzərindəki yük tarazlaşır. Oturacaqda bel dəstəyi yoxdursa, kiçik bir yastıq və ya bükülmüş dəsmal istifadə edilə bilər. Həmçinin hər 1-2 saatda bir fasilə vermək, qısa gəzintilər etmək və gərilmə hərəkətləri tətbiq etmək qan dövranını artırıb, əzələ gərginliyini azaltdığı bildirildi.

AĞRI ORTAYA ÇIXDIĞINDA NƏ EDİLMƏLİDİR?

Mütəxəssislər, səyahət zamanı yaranan bel ağrısında və ya oturduğu yerdən uzun müddət qalxmayanlar üçün isti və soyuq kompreslərin effektiv ola biləcəyini ifadə etdilər. İsti kompres əzələləri boşaldarkən, soyuq kompres şişkinliyi azaldır. Kompresin 15-20 dəqiqə müddətində tətbiq edilməsi mütəxəssislər tərəfindən tövsiyə olunur.

İSTİ KOMPRES NƏDİR?

İsti kompres, isti su torbası, isidilmiş dəsmal və ya istilik yastıqları ilə edilən tətbiqdir. Əzələlərin boşalmasına, qan dövranının artmasına və xroniki ağrıların yüngülləşməsinə kömək edir. Xüsusilə əzələ tutulmaları, spazmlar və uzun müddətli ağrılarda effektivdir.

SOYUQ KOMPRES NƏDİR?

Soyuq kompres, buz torbası, soyudulmuş gel paketləri və ya soyuq suya batırılmış parçalarla tətbiq edilən bir metoddur. Şişkinlik, iltihab, zədələnmə və ani ağrılarda üstünlük verilir. Damarları büzərək qan axınını yavaşladır, beləliklə ödemi və ağrını azaldır.

Prime Leasing