Meningit zamanı xəstə çənəsini döş qəfəsinə çatdıra bilmir. Professor Vladimir Nikiforov bildirib ki, boyun əzələlərinin sərtliyi meningitin əsas simptomudur. Nikiforovun izah etdiyi kimi, meningit "baş və onurğa beyninin qişalarının iltihabıdır" və bu müxtəlif səbəblərlə bağlı ola bilər. Yurd.Media Rusiya mediasına istinadən xəbər verir ki, meningitin simptomlarına həmçinin "yüksək hərarət, davamlı baş ağrısı da aiddir. Meningitə ən kiçik şübhə olduqda belə xəstəxanaya yerləşdirmə tələb olunur. Nikiforov bu xəstəliyə qarşı vaksinasiya tərəfdarı olduğunu bildirib. Həkimin sözlərinə görə, peyvənddən sonra anticisimləri minimum üç il müəyyən etmək mümkündür. Həkimlər vaksinasiyanın tətbiq edilməsində israr edirlər, ilk növbədə isə ən həssas əhali qrupları üçün.