SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ev işi görməyin ömrü uzatdığı ortaya çıxdı

Ev işi görməyin ömrü uzatdığı ortaya çıxdı

Amerika Ürək Assosiasiyasının nəşr etdiyi Circulation jurnalında yer alan yeni bir araşdırmaya görə, gündəlik ev işləri zamanı edilən hərəkətlər daxil olmaqla qısa müddətli intensiv fiziki aktivliklər, ölüm riskini azaldaraq ömrü 6 ilə qədər uzada bilir.

 Yurd.Media xəbər verir ki, Sidney Universitetindən Emmanuel Stamatakis rəhbərliyində aparılan tədqiqatda, gündə beş dəfə bir dəqiqəlik intensiv fiziki aktivliyin, xüsusilə ürək xəstəliklərinə qarşı qoruyucu təsirlər təmin etdiyi müəyyən edildi. Əvvəllər həftədə 150 dəqiqə orta intensivlikdə gəzinti və ya 75 dəqiqə qaçış, üzmə kimi intensiv məşqlər tövsiyə edilərkən, bu yeni tapıntılar gündə yalnız 5 dəqiqəlik intensiv hərəkətin belə ürək sağlamlığı üçün kifayət edə biləcəyini ortaya qoydu.

 Araşdırmaya görə, alternativ olaraq 25 dəqiqəlik orta intensivlikdə məşq də oxşar faydalar təmin edir.

Ev işləri ürək sağlamlığını qoruyur

Elm adamları, gündəlik həyatın içinə səpələnən intensiv hərəkətlərin də önəmli olduğunu vurğulayır. Ev işləri zamanı edilən fiziki aktivliklərin ürək sağlamlığını qoruduğu və yaşam müddətini uzatdığı ifadə edilir.  

24 min nəfər üzərində sınanıldı

 Tədqiqatda, yaş ortalaması 62 olan və müntəzəm məşq etməyən 24 min nəfərə ağıllı bilərziklər taxılaraq 7 günlük hərəkət məlumatları incələndi. Nəticələr, qısa müddətli intensiv hərəkətlərin belə ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını ortaya qoydu.   

Prime Leasing