SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Qəhvə sevərlərin diqqətinə: Bu vərdiş qastrit və hormonal pozuntulara yol açır

Qəhvə sevərlərin diqqətinə: Bu vərdiş qastrit və hormonal pozuntulara yol açır

  • 01 oktyabr 2025, 08:29

Bir çoxumuzun səhərlər ilk işi qəhvə hazırlamaqdır. Lakin bu enerji verən içkini ac mədəyə qəbul etmək sağlamlıq üçün ciddi təhlükə yaradır.

Yurd.Media həkim-diyetoloqların bu vərdişin sağlamlıq üçün yaratdığı riskləri açıqlayır:

Qəhvə stres hormonu olan kortizolun istehsalını stimullaşdırır, məhz bu səbəbdən insan özünü enerjili və oyaq hiss edir. Araşdırmalar göstərir ki, normada insan orqanizmi səhər saatlarında təbii olaraq kortizol istehsal edir, qəhvənin əlavə təsiri ilə bu proses həddindən artıq yüklənmiş olur. Uzunmüddətli dövrdə bu vəziyyət böyrəküstü vəzilərə mənfi təsir göstərərək orqanizmin təbii dayanıqlılığını azaldır.

Bundan əlavə, acqarına qəhvə qəbulu mədə selikli qişasını qıcıqlandırır, xüsusilə həssas həzm sistemi olan şəxslərdə mədə yanması, qastrit və digər iltihabi proseslərə səbəb ola bilər. Statistikaya görə, müntəzəm olaraq acqarına qəhvə içənlərdə mədə-bağırsaq xəstəlikləri riski 30%-dək artır.

Qəhvə həmçinin bağırsaq spazmalarına səbəb ola və peristaltikanı pozaraq həzm sisteminin normal işləməsinə mane ola bilər. Xüsusilə, həssas mədə-bağırsaq traktı olan insanlarda bu problemlər daha qabarıq şəkildə özünü göstərir.

Mütəxəssislər qeyd edir ki, oyanmadan təxminən 30-60 dəqiqə sonra səhər yeməyi qəbul etmək və yalnız bundan sonra qəhvə içmək, bu içkinin təsirini daha yumşaq və faydalı edə bilər. Bu zaman qəhvənin mədə üzərindəki təsiri azalır və orqanizm üçün daha əlverişli şəraitdə mənimsənilir.

Prime Leasing