SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Qatıq ölüm riskini azaldır – YENİ ARAŞDIRMA

Qatıq ölüm riskini azaldır – YENİ ARAŞDIRMA

  • 17 iyun 2026, 22:31

Qatıq istehlak edənlərdə bütün səbəblərdən ölüm göstəricisi digər insanlarla müqayisədə xeyli aşağıdır. Bu göstərici məhsulun yağ tərkibinə və qəbul edilən həcmə görə fərqlənir.

Yurd.Media xəbər verir ki, bu barədə Çin tədqiqatçıları uzunmüddətli araşdırmalardan sonra açıqlama veriblər. Onların apardığı elmi işlərin nəticələri "Journal of Global Health" jurnalında nəşr olunub.

Qeyd olunur ki, araşdırma çərçivəsində 186 mindən artıq insanın göstəriciləri təhlil edilib. Nəticədə aşkar olunub ki, qatıq sevənlərdə ölüm göstəricisi bu məhsulu qəbul etməyənlərlə müqayisədə daha az olub. Həmçinin, müsbət effekt istənilən həcmdə və fərqli yağlılıq səviyyəsinə malik qatıqlardan alınıb.

Gündəlik 50 qrama qədər adi yağlılıq dərəcəsinə malik turş süd məhsulunun minimal qəbulu ölüm riskini 18%, 50-100 qram istehlak - 7%, 100 qramdan yuxarı isə 4% aşağı salıb. Yağsız qatıq üçün risklərin azalma nisbəti isə belə olub: müvafiq olaraq 12, 9 və 5%.

Bundan əlavə müəyyənləşdirilib ki, hər gün cəmi 80-125 qram qatıq qəbulu 2-ci tip şəkərli diabet riskini 14% endirir. Analoji təsirlər ürək-damar xəstəliklərinə və metabolik sindroma (piylənmə, 2-ci tip şəkərli diabet, ürək və damar problemləri və digərləri) da şamil olunub.

Bildirilib ki, qatığın tərkibindəki xeyirli bakteriyalar (Bolqar çöpü) uzun ömür yaşamağın əsas amillərindəndir. Bu məhsul eyni zamanda zülal, süd yağının fosfolipidləri, təbii trans yağlar, "K1" və "K2" vitaminləri, kalsiumla da zəngindir. Bütün bu komponentlər sağlamlığımıza və ömür uzunluğumuza faydalı təsir göstərir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları