SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Köp, yorğunluq və oynaqlarda ağrı - iltihaba qarşı 5 super qida

Köp, yorğunluq və oynaqlarda ağrı - iltihaba qarşı 5 super qida

Əgər tez-tez qarında köp, ağırlıq, başda dumanlılıq, enerjisizlik, yorğunluq və ümumiyyətlə "özünüzdə olmamaq" hissi keçirirsinizsə, bu, xroniki iltihabın əlaməti ola bilər. Xroniki iltihab yalnız bağırsaq problemlərinə deyil, həm də oynaqlarda ağrılara, hormonal pozğunluqlara və ümumi sağlamlıq problemlərinə səbəb ola bilər.

Yurd.Media-nın tibbi araşdırmala əsasən verdiyi məlumatına görə, düzgün qidalanmaqla iltihabı azalda və enerjinizi bərpa edə bilərsiniz. Bunun üçün bütün rasionu dəyişməyə ehtiyac yoxdur - sadəcə bəzi güclü təbii antioksidantları əlavə etmək və iltihaba səbəb olan qidalardan uzaq durmaq kifayətdir.

Çalışın gündəlik rasionunuza bu 5 super məhsulu əlavə edin, onlar həm əlverişlidir, həm də çox faydalıdır.

Ən çox istifadə etdiyimiz və geniş yayılmış super məhsullardan biri sarıkökdür. O, təbii antibiotikdir. Sarıkök (kurkuma) iltihaba və oksidləşdirici stressə qarşı güclü təsir göstərir. Onun əsas aktiv maddəsi kurkumin, C-reaktiv zülal kimi iltihab göstəricilərinin səviyyəsini azalda bilir. Toz halında ətə, tərəvəz yeməklərinə və ya şorbalara əlavə edin. Kök formasını istifadə etmək daha təsirlidir və daha çox fayda verir. Azərbaycan mətbəxində geniş istifadə olunur və yeməklərə həm gözəl rəng, həm də xoş ətir qatır.

Digər hər kəsə məlum məhsul zəncəfildir. Zəncəfil — iltihaba qarşı təbii qoruyucudur. Zəncəfil təkcə soyuqdəymə zamanı deyil, hüceyrə səviyyəsində iltihab proseslərini bloklayır. Oynaqlarda ağrı, ödem və xroniki yorğunluq şikayətləri zamanı xüsusilə faydalıdır. Limon və bal ilə birlikdə zəncəfil çayı dəmləyin. Rəndələnmiş zəncəfili smuzi, marinad və salat souslarına əlavə edin. Zəncəfil tozunu şirniyyatlarda və çay qarışıqlarında istifadə edə bilərsiniz ("qış çayı" tərkibli qarışıqlar buna misaldır).

Üçüncü gözəl və faydalı məhsul çia toxumudur. Bu məhsul geniş istifadə olunur və marketlərdə rahat tapılır. Çia toxumu Omeqa-3 yağ turşuları, lif və zülal baxımından zəngindir. Qan şəkərini stabilləşdirir və hüceyrələri oksidləşdirici zərərdən qoruyur. Yoğurta, yulaf sıyığına qarışdırın. Bitki südü və giləmeyvə ilə pudinqlər hazırlayın. Azərbaycanda daha çox arıqlama məqsədilə istifadə olunur: 1-2 çay qaşığı çia toxumunu ilıq suda və ya qatıqda isladıb səhər içmək bağırsaqları təmizləyir və iltihabı azaldır.

Maraqlı məhsullardan biri də şirin kartofdur. Bu məhsul Azərbaycanda geniş yayılmasa da, bəzi böyük marketlərdə tapmaq olur.
Şirin Kartof (Batat) sağlam karbohidrat mənbəyidir. Şirin kartof iltihaba qarşı polifenollar və güclü antioksidantlarla zəngindir. Tərkibindəki mürəkkəb karbohidratlar hormonal balansı qorumağa və qan şəkərini stabilləşdirməyə kömək edir. Rozmarin və zeytun yağı ilə sobada bişirin. Sarımsaqla püresi hazırlayıb salatların yanında servis edin.

Son super məhsul yaşıl çaydır. Bu çayların müxtəlif dadları var və hər zövqə uyğun tapmaq olur. Yaşıl şay - təbii antioksidant qalxanıdır. Yaşıl çaydakı katexinlər bədənin təbii detoks sistemini dəstəkləyir, sərbəst radikalları zərərsizləşdirir və iltihabı azaldır. Qəhvəyə sağlam alternativdir. Səhərlər ikinci qəhvə yerinə bir fincan yaşıl çay için. Yay aylarında buzlu yaşıl çay kimi təravətləndirici içki hazırlayın. Matça çayı (toz yaşıl çay) yulaf südü ilə hazırlayıb daha yüksək antioksidant dozası əldə edin. Azərbaycanda qara çay daha çox məşhurdur, lakin bəzən yaşıl çaya üstünlük vermək sağlamlıq üçün böyük fərq yarada bilər.

İltihabla mübarizədə sadə və dadlı dəyişikliklər böyük təsir göstərə bilər. Bu məhsulları gündəlik həyatınıza daxil etməklə, qarında köp, yorğunluq və oynaqlarda ağrı kimi narahatlıqlara əlvida deyə bilərsiniz. Sağlamlığı qorumaq üçün sadə belə məhsullardan günlük rasionda istifadə yaxşı nəticələr göstərə bilər.

Prime Leasing
SPE Annual Caspian