SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
TƏBİB-ə ən çox müraciət olunan məsələlər AÇIQLANIB

TƏBİB-ə ən çox müraciət olunan məsələlər AÇIQLANIB

TƏBİB-in çağrı mərkəzinə müraciətlərin əsas mövzularına müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayətlər, tibbi arayış və digər sənədlərin verilməsi daxildir.

Yurd.Media xəbər verir ki, bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediatur zamanı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin noyabr ayında TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 11 672 zəng daxil olub.

Ədilova bildirib ki, 11 508 müraciət dərhal cavablandırılıb, 164 müraciət araşdırılması üçün qəbul edilib və 68 müraciətə izahat verilib.

Prime Leasing
SPE Annual Caspian