Qaranlıqda sağlam yuxu çəki itirməyə kömək edir.
Yurd.Media xəbər verir ki, bunu rusiyalı endokrinoloq Zuxra Pavlova kp.ru saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, küçə işıqları, avtomobil faraları və ya telefon ekranı kimi işıqlar insanın bioloji saatını poza bilər. Bu da yuxunun keyfiyyətini zəiflədir və bədənin enerji üçün yağlardan istifadə etməsinin qarşısını alır.
“Əgər insan rahat və qaranlıq mühitdə yatarsa, bədən enerji almaq üçün yağ ehtiyatlarını istifadə edir. Bu da arıqlamağa kömək edir”, – deyə mütəxəssis qeyd edib.
Həkim əlavə edib ki, parlaq işıq yaddaşa, diqqətə və qan təzyiqinə də mənfi təsir edir. Hətta şəkərin yüksəlməsinə və damar xəstəliklərinə səbəb ola bilər.
Ona görə də Pavlova yataq otağında tam qaranlıq olmasını tövsiyə edir. Qalın pərdələrdən istifadə etmək, parlaq ekranlı cihazları otaqdan çıxarmaq və yatmazdan əvvəl telefonu kənara qoymaq tövsiyə olunur.